Satılır 3 otaqlı köhnə tikili 85 m², Bakıxanov q.
📍 Bakıxanov qəsəbəsi — Möcüzə Market və 80–310 nömrəli məktəblərin tam yaxınlığında geniş və komfortlu mənzil satılır
Bakıxanovun ən sakin, əlçatan və yaşayış üçün ideal məhəllələrindən birində yerləşən bu mənzil həm ailələr, həm də investisiya məqsədi ilə alanlar üçün əla fürsətdir. Mənzil 5 mərtəbəli daș Leninqrad layihəli binanın 4-cü mərtəbəsində yerləşir. Layihənin üstünlüyü onun möhkəm tikilisi, səskeçirməz divarları və rahat planlaşdırılması ilə tanınmasıdır.
🏠 Mənzil haqqında ümumi məlumat
• Otaq sayı: 3
• Mərtəbə: 4/5
• Layihə: Daş Leninqrad
• Təmir: Əla səviyyədə, keyfiyyətli materiallarla
• Vəziyyət: Tam əşyalı satılır (şəkillərdə görünən bütün mebellər və texnika qalır)
Mənzil zövqlə təmir olunub, rəng seçimi və dizayn rahat yaşayış üçün uyğunlaşdırılıb. Otaqlar olduqca genişdir, bütün ev boyunca gün işığı düşür, hava axını yaxşıdır. Yataq otaqları sakit və işıqlıdır, qonaq otağı geniş və funksional dizayn edilib.
📌 İnfrastruktur və yerləşmə
Mənzil elə bir nöqtədə yerləşir ki, gündəlik həyat üçün lazım olan bütün obyektlər bir neçə dəqiqəlik məsafədədir:
• Möcüzə Market — 1 dəqiqə
• 80 və 310 saylı məktəblər — çox yaxın məsafə
• Uşaq bağçaları
• Avtobus dayanacaqları və nəqliyyat xəttləri
• Supermarketlər, apteklər, banklar
• Yaşıl və sakit məhəllə
• Binanın həyəti geniş və səliqəlidir
Əlavə məlumat üçün zəng vura bilərsiz


































































































