Satılır 4 otaqlı həyət evi/bağ evi 145 m², Binə q.
Ev 3,4 sotun içində 145 kvadrat metr, 4 otaqlıdır, 3 yataq otağı, bir qonaq otağı, geniş mətbəx, foye və sanitar qovşaqdan ibarətdir. Ev 6 daş kürsülüdür, qoşa daşla tikilib, evin dörd tərəfinə keçmək üçün yer var, tikintidə keyfiyyətli materiallardan istifadə olunub, kəmər atılıb. Ev Binə qəsəbəsinin ən abad və təhlükəsiz ərazisində, Hava limanı sarı binalarının yanı, 136 və 121 saylı orta məktəblərə, Futbol meydançası, Cudo məktəbi, Aptek, Marketə yaxın, DTX-nın binası yerləşən ərazidədir. Qapıya qədər asvaltdır, evdən Koroğluya 15 dəqiqəlik, Hava limanına 7 dəqiqəlik, beton yola da 9 dəqiqəlik məsafədədir. Evin həyətinə bir neçə avtomobil daxil ola bilir. Evdə bəzi kosmetik işlər qalıb və alıcının istəyinə görə ya məbləğdən çıxıla bilər, ya da qalan işlər 20 gün ərzində yekunlaşdırılıb təhvil verilə bilər. Torpağın çıxarışı (kupçası) var və təyinatı şəxsi mülkiyyət, yaşayış təyinatlıdır. Evə su xətti çəkilib, digər kommunallar da alqı satqı zamanı qoyulub təhvil veriləcək.








































































































